Yuxarı

Samirə Əfəndi Ermənistan təmsilçisinə 12 xal verdi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Samirə Əfəndi Ermənistan təmsilçisinə 12 xal verdi - Video

Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində maraqlı və gözlənilməz an yaşanıb.

Kult.az Musavat.com-a istinadla xəbər verir ki, Azərbaycanı münsiflər heyətində təmsil edən məşhur müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 bal verib.

Müsabiqənin nəticələri elan olunarkən Samirə Əfəndinin erməni iştirakçını səhnədə qucaqlaması isə yarışmanın ən çox müzakirə olunan məqamına çevrilib. Bu jest sosial şəbəkələrdə geniş rezonans yaradıb, müxtəlif fikir və reaksiyalara səbəb olub.

İzləyicilərin bir qismi bu addımı “musiqinin siyasətdən üstünlüyü” kimi dəyərləndirsə də, digərləri bu davranışı tənqid edərək mübahisəli hesab edib. Hadisə qısa müddətdə sosial platformalarda trend mövzulardan birinə çevrilib.

Müsabiqənin təşkilatçıları bildiriblər ki, səsvermənin nəticələri və münsiflərin qərarı tam müstəqildir və yekun bal bölgüsü münsiflərin şəxsi qiymətləndirməsi əsasında verilib.

Tarix
2025.11.23 / 00:37
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla