Yuxarı

Bakıda mərasimdə qalmaqal: səhnəyə içkili çıxdı - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda mərasimdə qalmaqal: səhnəyə içkili çıxdı -

23:27

Bu gün "Kempinski Badamdar” oteldə “Nambə van” mükafatlandırma mərasimi baş tutub.

Axar.az xəbər verir ki, təşkilatçı Tural Ozanın təşkil etdiyi tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başlayıb.

Qeyd edək ki, xalq artistləri Flora Kərimova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Fəxrəddin Manafov, Amaliya Pənahova, müğənnilər Nadir Qafarzadə, Ramal İsrafilov, Səidə Sultan, Nura Suri, Niyam Səlami, yazıçı Varis Yolçuyev və idmançılar İlham Zəkiyev, Füzuli Musayev, Rəfael Ağayev, millət vəkilləri Fəzail Ağamalı, Jalə Əliyeva və başqaları mükafata layiq görülüblər.

Mükafatlandırma mərasimində qalmaqal da yaşanıb. Lent.az-ın məlumatına görə, azərbaycanlı model Rüstəm Cəbrayılov səhnəyə içkili çıxaraq bu sözləri deyib :

"Mənim arxamda buradakılardan böyük insanlar durur. Ən birinci mükafat Flora Kərimovaya verilməli idi. Sona kimi oturub gözlədi hamını. Dünya üzrə modellik sahəsində birinci olmuşam. Burada mükafat alanlar məndən artıq deyil. Mənim artıq ən böyük mükafatım var. Nominasiyası olanlar məndən artıq deyillər ki, gözləmədilər getdilər. Mənim arxamda duran insanlar var".

Tarix
2016.12.01 / 01:03
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Zəfər günündə bizimlə bərabər olmağınız bizi sevindirir - Əliyev

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Canlı

Mehriban Əliyeva və Əminə Ərdoğan əl-ələ... - Video

İlham Əliyev Ərdoğanı Şuşaya özü apardı - Foto

Prezident Ərdoğanın səfəri ilə bağlı görüntülər paylaşdı

Türkiyə DİN də Azərbaycanı təbrik etdi

İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilir

Ərdoğanın Şuşada qarşılanma mərasimi - Video

Şimali Kipr də Azərbaycanı təbrik etdi

Şuşada Ərdoğanın qarşılanmasına hazırlıq – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla