Yuxarı

Prezidentdən Akif İslamzadə ilə bağlı - Qərar

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən Akif İslamzadə ilə bağlı - Qərar

Azərbaycanın xalq artisti Akif İslamzadəyə fərdi təqaüd veriləcək.

Kult.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncamında nəzərdə tutulur.

Qeyd edək ki, Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb.

1992-1993-cü illərdə Bakı şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi olub.

O, 2016, 2017 və 2018-ci illərdə "Prezident mükafatı"na layiq görülüb.

A.İslamzadə xalq artisti Sara Qədimovanın oğludur.

Tarix
2019.05.10 / 19:18
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla