Yuxarı

Amsterdam “Avroviziya”ya ev sahibliyindən imtina etdi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amsterdam “Avroviziya”ya ev sahibliyindən imtina etdi

Amsterdam 2020-ci ildə “Avroviziya” mahnı müsabiqəsini qəbul etməyəcək.

Azərtac xəbər verir ki, bunu iyulun 5-də Niderland paytaxtının meri Femke Halsem özünün açıq məktubunda bəyan edib.

Onun sözlərinə görə, tədbirin keçirilməsi üçün nəzərdə tutulan “Ziggo Dome” konsert salonundan planlaşdırılan dövrdə istifadə etmək mümkün olmayacaq. Mer deyib: “Yaranmış vəziyyət zalın bron edilməsi ilə bağlıdır. Məsələ əsaslı surətdə araşdırılandan sonra məlum olub ki, tədbiri başqa vaxta keçirmək mümkün deyil”.

Halsem əlavə edib ki, şəhər “Avroviziya” üçün başqa yer tapmağa çalışıb, lakin bu cəhdlər də səmərəsiz qalıb.

“Avroviziya -2020” Niderlandda keçirilməlidir, çünki 2019-cu il müsabiqəsində “Arcade” mahnısı ilə bu ölkənin nümayəndəsi Dunkan Lourens qalib gəlib. Daha əvvəl Haaqa və Breda şəhərləri bəyan ediblər ki, mahnı müsabiqəsinə ev sahibliyi etmək niyyətində deyillər. Odur ki, müsabiqənin keçirilməsi uğrunda beş şəhər mübarizə aparacaq: Rotterdam, Utrext, Hertogenbos, Arnem və Maastrixt. Bu barədə qəti qərar avqust ayında qəbul edilməlidir.

Tarix
2019.07.05 / 16:00
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla