Yuxarı

Putinin sabiq müşaviri: Bakıda hər şey gözəldir

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin sabiq müşaviri: Bakıda hər şey gözəldir

"Jara 2019" beynəlxalq musiqi festivalının iştirakçısı, Rusiya prezidentinin mədəniyyət və incəsənət üzrə sabiq müşaviri, xalq artisti Valeriya Perfilova festivalla bağlı təəssüratlarını bölüşüb.

Kult.az xəbər verir ki, o, festivala hər kəsin ciddi və məsuliyyətlə hazırlaşdığını bildirib.

“Hər zaman olduğu kimi Bakı öz qonaqpərvərliyi, gözəlliyi və milli mətbəxi ilə heyran edir, insanlar isə hər kəsi sanki öz evindəki kimi qarşılayır! Bakıda hər şey parlaq və gözəldir. Bakını çox sevirəm!” - deyə Perfilova Trend-ə açıqlamasında deyib.

Qeyd edək ki, festival iyulun 25-i sənətçilərin hitlərini səsləndirdikləri qala-konsertlə başlayıb. İkinci gündə, 90-cı illərin ulduzları çıxış edib, qonaqlara Qriqori Leps, Stas Mixaylov və "Lyube" qrupunun yaradıcılıq gecələri təqdim edilib. Üçüncü "sıfır" hitlərin günü olub. Dördüncü gün Z-nəsilə həsr olunub. Z nəsil - dünyada 1995-2012-ci illərdə anadan olmuş bir nəsil üçün istifadə olunan bir termindir.

Təşkilatçılar Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqoriy Leps, "Russkoye radio" və "Qızıl Gramofon" Mükafatının təsisçisi Serqey Kojevnikovdur.

Tarix
2019.07.30 / 20:54
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla