Yuxarı

Qəbələdə Avropa bəstəkarlarının əsərləri səsləndirildi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbələdə Avropa bəstəkarlarının əsərləri səsləndirildi

Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da rəngarəngliyi ilə seçilir. Festivalın ikinci günü tamaşaçılara kamera konserti “Cello Extravaganza” təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.

Kult.az xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzinin zalında keçirilən kamera konsertində festivalın bədii rəhbərlərindən biri, dünya şöhrətli musiqiçi Dmitri Yablonski (violençel, İsrail-ABŞ), həmçinin Rusiyadan gəlmiş violençel ifaçıları Boris Andirianov, Anna Koşkina və Janna Miniotas maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsertdə J.Offenbaxın, İ.S.Baxın, C.Sollimanın, A.Minskinin, G.Qusevin, Q.Millerin, G.Qladkov-B.Andrianovun və E.Fransininin əsərləri səsləndirilib.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Mədəniyyət Mərkəzində XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Tarix
2019.08.01 / 20:19
Müəllif
Kult.az
Digər xəbərlər

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla