Yuxarı

Ekspert Milli Qəhrəmanla bağlı sənəd yaydı və... - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspert Milli Qəhrəmanla bağlı sənəd yaydı və... - Foto

Məktəb direktorları ümumi orta təhsil bazasını bitirmiş, attestatında “3” qiymət olan şagirdləri 10-cu sinfə qəbul etməkdən imtina edirlər.

Kult.az xəbər verir ki, bu faktı təhsil eksperti Elşən Qafarov gündəmə gətirib.

O bildirib ki, bu yanlış addım Konstitusiyanın 42-ci maddəsinə və Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə ziddir:

“Bu, uşaq hüquqlarının kobud pozulmasıdır. Təhsilin əsas məqsədlərindən biri də vətəndaş və şəxsiyyət yetişdirməkdir. Məktəb direktorlarını belə qanunsuz əməllərdən çəkinməyə çağırıram”.

Təhsil eksperti nümunə üçün şəhidimiz, Milli Qəhrəman Mübariz İbrahimovun gündəliyinin şəklini də paylaşıb:

“Məktəb direktorları unutmamalıdır ki, bu gün “3” qiymətinə görə üzlərinə məktəb qapılarını bağladıqları uşaqlar sabahın Mübarizləri ola bilər. Qiymət heç də hər şeyi həll etmir. Hər uşaq mütləq “əla” qiymət almalıdır deyə bir anlayış da yoxdur. Ola bilər bu gün “pis”, “kafi” qiymət alan bir şagird sabah hansısa əməli ilə ölkənin adını yüksəltsin”.

Tarix
2019.09.09 / 17:41
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla