Yuxarı

Üç ölkənin opera ulduzları Bakıda

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üç ölkənin opera ulduzları Bakıda

Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cakomo Puççininin “Bohema” operası nümayiş olunub.

Kult.az xəbər verir ki, səhnə əsərini tanınmış italiyalı dirijor Lorenso Tassyeri idarə edib. Opera tamaşasında Mimi partiyası teatrın aparıcı solisti - Əməkdar artist, “Humay” milli mükafatının laureatı Afaq Abbasova tərəfindən ifa olunub.

Bundan başqa, operada əsas partiyalardan olan Rudolf və Marselini Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov və Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov ifa edib.

Səhnə əsərində, həmçinin Xalq artistləri Əli Əsgərov (Alsindor) Əkrəm Poladov (Kollen),Əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar) və Əliəhməd İbrahimov (Parpinol) çıxış ediblər.

Opera ulduzlarının məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, opera maraqla qarşılanıb.

Tarix
2019.09.22 / 02:08
Müəllif
Kult.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla