Yuxarı

Sumqayıtda helikopterlə sakinlərə dəvətnamə atıldı - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda helikopterlə sakinlərə dəvətnamə atıldı - Video

17:37

Sumqayıt şəhərinin səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb.

Report-un məlumatına görə, şəhərin əsas mərkəzi hisslərində bir neçə helikopter uçuş həyata keçirib. Bu zaman helikopterlərdən insanların sıx olduğu ərazilərə dəvətnamələr atılıb.

Sakinlər helikopterlərdən atılan dəvətnamələri təəccüblə qarşılayıblar. Dəvətnamələrdə "Sizi, Sumqayıt şəhərinin 70 illiyi münasibəti ilə 19 noyabr 2019-cu il tarixdə, saat 10:30-da Sumqayıt Dövlət Dram Teatrının qarşısında keçiriləcək təntənəli yubiley tədbirinə və axşam saat 18:00-da möhtəşəm bayram konsertinə dəvət edirik" sözləri yazılıb.

Qeyd edək ki, Sumqayıt şəhərinin 70 illiyi münasibəti ilə noyabrın 19-u saat 10:30-da şəhərin Azərbaycan prospekti boyunca hərbçilərin və şəhər ictimaiyyətinin iştirakı ilə möhtəşəm parad keçiriləcək. Daha sonra axşam saat 18:00-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert və atəşfəşanlıq təşkil ediləcək.

Xatırladaq ki, 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib.

Tarix
2019.11.18 / 18:10
Müəllif
Kult.az
Digər xəbərlər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla