Yuxarı

Musiqiçi: Qarabağdan oxuyanda yaxşı pul verirlər - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun mərkəzi meydanlarından biri olan Taksim dünyada küçə musiqiçiləri ilə məşhurdur. Onlardan biri də azərbaycanlı qarmon ifaçısı, 53 yaşlı Elşən Əliyevdir. Həmyerlimiz hər gün minlərlə turistin ziyarət etdiyi İstiqlal küçəsində rəsmi qeydiyyatda olan küçə musiqiçilərindəndir. Taksimdə çoxları Elşən Əliyevi yaxşı tanıyır və onun bu məkanda daimi yeri var. Qarmonunda Azərbaycan, türk, rus, hind, əfqan və başqa dillərdə musiqilər ifa edən sənətçinin yanından keçənlər ayaq saxlayır, videoya çəkir və onu zövqlə dinləyirlər.

Azərbaycanlı musiqiçi Elşən Əliyev Report-a açıqlamasında iki il öncə Gəncədən Türkiyəyə gəldiyini söyləyib:

"Musiqi mənim üçün həyat deməkdir. Bu səbəbdən 8 yaşında əlimə aldığım qarmonu bir daha yerə qoymuram. Uşaqlıqdan qarmona böyük həvəsim olub. Babamın bir qarmonu vardı. Onu götürürdüm və öyrənirdim. Atam gördü ki, həvəsim var, mənə o vaxt “qazan” deyilən qarmondan aldı. Ondan sonra Rusiyanın Tula şəhərindən mənə bir qarmon gətirdi. Onun içini Gəncədə yığdırdıq. Artıq 16-17 yaşım olanda Gəncədə toylara gedirdim. Həmin vaxtdan Gəncədə, Bakıda və bir sıra şəhərlərdə minlərlə toyda ifa etdim”.

Sənətçi bildirib ki, hər gün onu dinləmək üçün gələn yerli sakinlər də az deyil:

“Mən ilk dəfə Bursa şəhərinə gəlmişəm. Bir müddət sahil kənarında ifa etdikdən sonra İstanbula üz tutdum. Taksim çox gözəldir, Azərbaycanı çox sevirəm, ancaq burada da qərib deyiləm. Axı biz bir millət, iki dövlətik. Taksimdə işləyən bütün musiqiçilər qeydiyyatdadır. Məni də Bəyoğlu bələdiyyəsinə çağırıb qeydiyyata saldılar. Yaxın günlərdə kart verəcəklər. Mənə deyirlər ki, nə gözəl sənətkarsan. Çox eşidirəm bu tərifi. Gəlirlər, dinləyirlər, alqışlayırlar”.

E.Əliyev gündəlik qazancının sabit olmadığını deyib: “Hər günün ayrı ruzi-bərəkəti var. Onu Allah bilir, gərək mən ifa edim, insanların zövqünü oxşayım. Onlar da mənim əməyimi qiymətləndirsinlər. Çox şükür dolanıram. Bəzən biri qəpik atır, bəzən də böyük pul. Burada olan turistlərin əksəriyyəti yaponlardır. Onların yüz nəfərindən biri ifa etdiyim mahnıya görə pul atır. Burada məni dolandıran türkiyəlilərdir. Onlar Azərbaycan musiqilərini çox sevirlər. Bura gəzməyə gələn azərbaycanlılar da var. Onlar Qarabağla bağlı mahnı ifa edəndə yaxşı pul atırlar. Nəticədə həmin gün heç işləmə, dur get evə. Hər kəs öz musiqisini eşitmək istəyir. Ona görə də bildiyim bütün musiqiləri ifa edirəm”.

Sənətçi Azərbaycanda da küçə musiqiçilərinin formalaşması və insanların onlara dəyər verməsini istəyir:

“Azərbaycanda da belə bir şey olsa, mən orada qalıb işləyərəm. Bu, utanılası bir şey deyil, sənətini göstərirsən. Vətənim üçün çox darıxıram. Bəzən 5 ay burada qalıram, darıxıram, sonra Göygölə gedirəm, Bakını gəzirəm. Həyat budur da. Allah insana göz, ağıl verib ki, gəzib dolansın”.

Tarix
2020.01.29 / 16:13
Müəllif
Kult.az
Digər xəbərlər

Səfərov və Lalayev apellyasiya şikayəti verdi

Ekstrasensdən sevindirici proqnoz: 2027-ci ildə…

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Azərbaycanla dostlaşmağın yolu... - Rusiyalı senator

Bakı-Moskva münasibətlərini bu ölkə korladı – Özər

Əliyev və Paşinyan Dubayda görüşə bilər

Qırğızıstan prezidenti Moskvadan Azərbaycana yola düşdü

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla