Yuxarı

Xalq mahnısının mənimsənilməsi nəzarətə götürüldü

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq mahnısının mənimsənilməsi nəzarətə götürüldü

Əqli Mülkiyyət Agentliyi Fereydoun Asraei adlı iranlı müğənninin azərbaycanlı müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun repertuarından olan “Küçələrə su səpmişəm" xalq mahnısını fars dilində ifa edərək "Dooset daram" adı altında fars mahnısı kimi təqdim etməsini nəzarətə götürüb.

Axar.az xəbər verir ki, bunu Report-a Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib.

Onun sözlərinə görə, məsələ agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun xüsusi nəzarətindədir:

“Bununla bağlı müvafiq bölməyə tapşırıq verilib. Məsələ tam ciddi araşdırılır. Araşdırma başa çatdıqdan sonra ictimaiyyətə geniş açıqlama veriləcək”.

Xatırladaq ki, Rəşid Behbudov Fondu İran telekanallarının “Küçələrə su səpmişəm"i fars mahnısı kimi təqdim edilərək mənimsənilməsi barədə məlumat yayıb:

"Mahnı kürd dilində subtitrlərlə Yutub kanalına yerləşdirilib. Rəşid Behbudovun repertuarında ən gözəl xalq mahnılarımızdan olan "Küçələrə su səpmişəm" mahnısını müdafiə etmək hər birimizin borcudur. Sizi bu haqsızlıqlara son qoymaqda bizə dəstək olmağa çağırırıq”.

Tarix
2020.06.02 / 13:46
Müəllif
Kult.az
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla