Yuxarı

Belçika şirkəti Fikrət Əmirovla bağlı səhvinə görə üzr istədi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belçika şirkəti Fikrət Əmirovla bağlı səhvinə görə üzr istədi

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Kor ərəbin mahnısı” əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənilərək "Houcher” adı altında "Karin” musiqi albomuna daxil edilib və bir sıra platformalarda yayımlanıb.

Əqli Mülkiyyət Agentliyindən Kult.az-a verilən məlumata görə, bununla əlaqədar, agentlik və Fikrət Əmirovun vərəsələri tərəfindən müəlliflik hüquqlarının pozulmasının qarşısının alınması ilə əlaqədar musiqi albomunun istehsalçısı olan Belçikanın "Muziekpublique” şirkətinə qarşı müvafiq tələblər irəli sürülüb.

Agentliyə daxil olan yeni məktubda "Muziekpublique” şirkətinin direktoru Peter Van Rompaey və şirkətin koordinatoru Kenza Ismaili şirkət adından edilən səhvin səbəb olduğu bütün ziyanlara görə üzr istəyiblər. Onlar bu musiqinin ənənəvi (folklor nümunəsi) musiqi olmadığını bilmədiklərini, əks halda onun albomda istifadəsinə görə icazə istəməli olduqlarını etiraf edərək bu vəziyyətdən çox üzgün olduqlarını qeyd ediblər.

Şirkət Fikrət Əmirovun vərəsələrinin məyusluğunu tamamilə başa düşürək edillən səhvləri düzəltməyə hazır olduğunu da bildirib.

Bundan əlavə, məktubda "Karin” albomunun yenidən hazırlanması zamanı "Houcher” mahnısının mütləq siyahıdan çıxarılacağı, o cümlədən adıçəkilən musiqinin Vardan Hovanissian və Emre Gültəkinə aid olmadığı, "Kor ərəbin mahnısı” orijinal adı ilə Fikrət Əmirov tərəfindən bəstələndiyi və Şirkətin bununla bağlı səhv etdiklərini ictimaiyyətə çatdırmaq üçün kommunike buraxılacağı, eləcə də Şirkətin "Houcher” mahnısının bütün platformalardan silməyə hazır olduğu vurğulanıb.

Plagiatçılıqla məşğul olanlara qarşı qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi Əqli Mülkiyyət Agentliyinin və Fikrət Əmirovun vərəsələrinin ciddi nəzarətindədir. Məsələnin gedişatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Tarix
2020.09.08 / 22:41
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla