Yuxarı

Əcnəbi sənətçidən möhtəşəm "Laçın" mahnısı - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əcnəbi sənətçidən möhtəşəm "Laçın" mahnısı - Video

Almaniyalı sənətçi Karen Danger-Manafzadə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və Yeni İl münasibəti ilə Azərbaycan xalqını məşhur "Laçın" mahnısı ilə təbrik edib.

Kult.az xəbər verir ki, sənətçi mahnını həyat yoldaşı, Əməkdar artist pianoçu, dirijor, bəstəkar Abuzər Manafzadənin müşayiəti ilə ifa edib.

Karen Danger-Manafzadə bütün azərbaycanlıları təbrik edərək, qeyd edib:

"Mənim sevimli Azərbaycanım!

Hər birinizi qarşıdan gələn "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və Yeni İl münasibəti ilə ürəkdən təbrik edirik!

Bu gözəl mahnını, "Laçın"ı ilk dəfə 3 il öncə eşitdiyim andan etibarən hər zaman oxumağı arzu etdim. Azərbaycana indiyə qədər üç dəfə səyahət etdim. Ümid edirəm Laçını, Qarabağı görmək də qismət olar.

Vyanadan sevgilərlə, sizin Karen və Abuzər!"

Qeyd edək ki, Karen Danger-Manafzadənin "Laçın" ifası sosial şəbəkədə böyük maraqla qarşılanıb. Yarı alman, yarı kubalı olan sənətçi bundan əvvəl Müslüm Maqomayevin "Azərbaycan", Səid Rüstəmovun "Getmə, getmə gəl" və digər Azərbaycan mahnılarını böyük məharətlə ifa edib.

Tarix
2020.12.31 / 17:47
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla