Yuxarı

Maykl Ceksonun vokalçısı Şuşada

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maykl Ceksonun vokalçısı Şuşada

Hazırda vətənim ABŞ-dan uzaqdayam. Bu gün Azərbaycanda, Şuşada olmaqdan çox xoşbəxtəm.

Kult.az xəbər verir ki, bu fikirləri dünya şöhrətli musiqiçi, Maykl Ceksonun və Uitni Hyustonun vokalçısı olmuş Della Miles Şuşaya səfəri zamanı deyib.

Dünya şöhrətli müğənni bildirib ki, tarixi öyrəndikcə və dərinliyinə vardıqca, gələcəyin inkişaf istiqamətini müəyyən etmək mümkündür.

Della Miles, həmçinin Azərbaycanın, xüsusilə də Qarabağın muğam beşiyi olmasına münasibət bildirib: “Bir musiqiçi kimi muğam sənətinin texniki cəhətdən çox ustalıq tələb etdiyini bilirəm. Bu çətin işin öhdəsindən asanlıqla gələn Azərbaycanın muğam ifaçılarını görəndə valeh oluram. Muğam sənətinə və onun mahir ifaçılarına böyük hörmətim var. Burada bir daha əmin oldum ki, Şuşa mədəniyyətin, musiqinin beşiyidir”.

O, ölkəmizə səfəri çərçivəsində azərbaycanlı xanəndə və piano ifaçısı, əməkdar artist Qoçaq Əsgərovla birgə layihə üzərində işlədiklərini də diqqətə çatdırıb.

Tarix
2021.08.06 / 22:49
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla