Yuxarı

“Sarı gəlin” Qarabağa qayıtdı – Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sarı gəlin” Qarabağa qayıtdı – Foto

“Oxuyur Vətən” layihəsinə dəvət alanda çox sevindim. Azərbaycan Ordusunun işğaldan azad etdiyi hər bir qarış torpaqda olmaq məndə inanılmaz təəssürat yaradır. Layihə əsasında rayonlarımızın azad olunduğu tarixlərdə orda olub, müxtəlif proqramlarla çıxış edirik.

Bu sözləri Kult.az-a əməkdar artist Eteri Cəfərova deyib.

“Qarabağda “Sarı gəlin” rəqsini ifa etmək ən böyük arzum olub. Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalına qatılmışam, sonra da Qarabağa tez-tez getmişəm və müxtəlif rəqslərlə çıxışlar etmişəm. Milli musiqilərimiz, rəqslərimiz torpaqlarımızı canlandırır. Mən “Sarı gəlin” rəqsini ifa edəndə bunu hiss edirdim. Amma “Oxuyur Vətən” layihəsi məndə tamamilə başqa təəssürat yaradır. Torpaqlarımızın məhz işğaldan azad olunduğu tarixlərdə orda olmaq sanki savaş vaxtı əsgərlərimizin yanında olmaq kimidir. Onların necə qəhrəmanlıq göstərdiyini, necə qürurla irəlilədiyini görürəm. Hər bir daşda, hər bir çınqılda əsgərlərin izi var. 44 gün ərzində Qarabağı bizə möhtəşəm qələbə ilə qazandıran Ali Baş Komandanımıza və Azərbaycanın Müzəffər Ordusuna sonsuz minnətdaram”, - deyə E.Cəfərova bildirib.

Tarix
2021.10.08 / 11:02
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla