Yuxarı

Linkoln Mərkəzində musiqimiz səslənəcək

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Linkoln Mərkəzində musiqimiz səslənəcək

Bu gün ABŞ-ın Nyu York şəhərindəki Linkoln Mərkəzində Üzeyir Hacıbəyli Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin yekun konserti keçiriləcək.

Kult.az xəbər verir ki, Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə təşkil edilən müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları ABŞ-da nümayiş olunacaq.

Qeyd edək ki, müsabiqə Nyu Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı, Amerika-Azərbaycan Musiqi Fondunun iştirakı, Diasporla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə gerçəkləşdirilir.

Müsabiqənin məqsədi Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) yaradılmasında misilsiz xidmətlər göstərmiş dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin plagiatdan qorunması, geniş təbliğ edilməsi, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından ibarətdir.

Müsabiqənin mövzuları sırasına ermənilərin öz adlarına çıxdığı Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də unudulmuş qədim Azərbaycan rəqslərinin melodiyaları əsasında yaradılan kompozisiyalar daxildir.

Tarix
2021.11.06 / 02:00
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla