Yuxarı

“Davam” adlı mahnı və klipin təqdimatı keçirildi – Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Davam” adlı mahnı və klipin təqdimatı keçirildi – Foto

Nizami Kino Mərkəzində “Davam” adlı mahnı və klipin media və ictimaiyyətə təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı tədbirə yalnız media nümayəndələri və gənclərin dəvət olunduğunu bildirib:

“Biz qərara gəldik ki, tədbirə heç bir rəsmi şəxsi dəvət etməyək. Çünki bildiyiniz kimi, bu gün əlamətdar bir gündür. Belə əlamətdar gündə biz çalışdıq ki, səmimi bir ortam olsun və ona görə də yalnız gənclər və media nümayəndələrini dəvət etdik”.

Mahnının musiqisinin, mətninin müəllifi və ifaçısı Fərid Mərd bu mahnı ilə bütün gənclərə mesaj verməyə çalışdıqlarını bildirib:

“Mahnının sözlərini və musiqini mən yazmışam. Həmçinin, oranjimanı mənə məxsusdur. Elə özüm də ifa etdim. Biz bu mahnı ilə güclü inkişafa, ölkədəki islahatlara, əlbəttə, “İlham Əliyevlə davam” deyirik. Mahnının əsas mesajı budur”.

“Davam” Gənclər Hərəkatının Davamlı İnkişaf Mərkəzinin rəhbəri Niyaz Əliyev mahnının hazırlanması üçün böyük bir komandanın işlədiyini bildirib:

“Bu komanda ilə biz 4 gün dayanmadan çəkiliş etdik. Çəkilişlərdə 1600-dən çox gənc iştirak edib”.

Bundan sonra klipin nümayişi keçirilib. Klipin çəkilişi 1600-dən çox gəncin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında, 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin qazandığı tarixi qələbənin əsəri olan Hərbi Qənimətlər Parkında və Bakı şəhərinin mərkəzi küçələrində baş tutub.

“Davam” adlı mahnı və klip Azərbaycan Prezidenti İlham Əliyevin davamçıları olan gəncliyin həmrəylik, birlik mesajını və onların tarixi zəfərdən sonra fərqli, yeni Azərbaycanda dayanıqlı inkişaf yoluna “davam” söyləməsini özündə ehtiva edir.

Qeyd edək ki, yüksək peşəkarlıqla hazırlanan klipin rejissoru İstanbul Film Akademiyasının məzunu Elvin Abdulla, baş operatoru isə Rüfət Hüseynovdur.

Tarix
2021.12.24 / 15:34
Müəllif
Kult.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla