Yuxarı

“Avroviziya”ya Bakıdan canlı qoşulacaq şəxs...

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Avroviziya”ya Bakıdan canlı qoşulacaq şəxs...

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.

İTV-dən Kult.az-a verilən məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri İctimai TV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək.

Aparıcı yarışmanın qaydalarına əsasən, mayın 14-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

Qeyd edək ki, yarımfinal mərhələləri mayın 10-da və 12-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək.

Şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi") olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni, bəstəkar Murad Arif olacaq. Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.

Tarix
2022.05.09 / 18:42
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla