Yuxarı

Avroviziya-2022: Ukrayna qalib gəldi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avroviziya-2022: Ukrayna qalib gəldi - Video

2022.05.14. 23:12

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya” mahnı müsabiqəsinin finalı başlayıb.

Kult.az xəbər verir ki, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil olunan müsabiqənin finalında 25 ölkənin təmsilçiləri yarışır.

Azərbaycanı bu müsabiqədə Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə təmsil edir.

Nadir Rüstəmli müsabiqənin mayın 13-də keçirilən ikinci yarımfinalında səsvermədən sonra ilk onluğa daxil olaraq finalda mübarizə aparmağa haqq qazanıb.

Bundan başqa, Belçika, Çexiya, Finlandiya, Estoniya, Avstraliya, Polşa, İsveç, Rumıniya və Serbiya finala vəsiqə qazanıblar.

Xatırladaq ki, mayın 10-da keçirilən birinci yarımfinalda səsvermədə daha çox səs toplamış 10 ölkə - İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.

***

Azərbaycan təmsilçisi çıxış etdi.

***

Artıq Avroviziya-2022-də səsvermə mərhələsi başlayıb.

***

Hazırkı nəticələrə görə, Böyük Britaniya ilk yerdədir. İkinci və üçüncü yerləri isə İspaniya və İsveçrə bölüşür.

***

Hazırda xalq səsverməsinin nəticələri açıqlanır.

***

Azərbaycan təmsilçisi Nadir Rüstəmli xalq səsverməsində cəmi 3 xal toplaya bildi. Münsiflər heyətindən 103 xal alan ölkəmiz 106 xalla qalib olma şansını əldən verdi.

***

Xalq səsverməsinin nəticələri əlavə olunduqdan sonra 631 xalla Ukrayna qalib gəldi.

Tarix
2022.05.15 / 03:00
Müəllif
Kult.az
Digər xəbərlər

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla