Yuxarı

Bakıda ilk dəfə Beynəlxalq Piano Festivalı keçirildi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda ilk dəfə Beynəlxalq Piano Festivalı keçirildi

Bu gün Bakıda ilk dəfə keçirilən Beynəlxalq Piano Festivalının açılışı baş tutub.

Kult.az xəbər verir ki, festival klassik musiqi sədaları ilə açılıb. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Fransız pianoçu Remi Jenyenin ifasında Lüdviq van Bethovenin fortepiano və orkestr üçün 5 nömrəli konserti səslənib.

Açılışda çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, Bakı hər zaman olduğu kimi mədəniyyət mərkəzidir.

"Ənənələri biz mötəbər festivallarla davam edirik. Festival davamlı olaraq tək Bakıda yox, regionlarda da keçiriləcək. Piano ənələri Azərbaycanda zəngindir, belə festivalın keçirilməsi gənclərdə marağın artmasına xidmət edəcək. Festival Azərbaycanda piano sənətinə gənclərin daha çox cəlb edilməsinə, yeno istedadların üzə çıxmasına səbəb olacaq", - nazir qeyd edib.

Tədbirdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Zakari Qross isə festivalın ərsəyə gətirən təşkilatçı və idarə heyətinətəşəkkürünü bildirib. O, çıxışında məşhur fransız pianoçunun festivalda çıxış edəcəyini vurğulayıb.

Tarix
2022.05.20 / 20:12
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla