Yuxarı

11 yaşlı gürcü ifaçı Azərbaycan mahnısı oxudu - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
11 yaşlı gürcü ifaçı Azərbaycan mahnısı oxudu - Video

Gürcüstanın Birinci kanalında yayımlanan “Ranina” uşaq musiqi layihəsində Azərbaycan mahnısı təqdim olunub.

Kult.az Report-a istinadən xəbər verir ki, muüsabiqənin iştirakçısı - Telavidən olan 11 yaşlı Oto Bazeraşvili Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısını ifa edib.

Azərbaycan dilində ifanı münsiflər heyəti və tamaşaçılar alqışlarla qarşılayıblar. Münsiflər heyətinin üzvləri O.Bazeraşvilinin ifasını ən yüksək - 10 xalla qiymətləndiriblər.

Müsabiqədə 4 yaşdan 18 yaşadək olan 10 ifaçı iştirak edir. Yarımfinal iyunun 4-də keçiriləcək.

Qeyd edək ki, “Ranina” müsabiqəsi V mövsümdür keçirilir. Yarışmanın qalibi Gürcüstanı “Avroviziya” Uşaq Mahnı Müsabiqəsində təmsil edir.

Tarix
2022.06.02 / 00:24
Müəllif
Kult.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla