Yuxarı

Onun yaradıcılığı çoxlarına örnək olacaq - Emin Ağalarov

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onun yaradıcılığı çoxlarına örnək olacaq - Emin Ağalarov

Bu gün Müslüm Maqomayevə həsr edilən əsrarəngiz konsert proqramı təqdim olunacaq və həmin konsertdə dünyaşöhrətli müğəninin repertuarında olan mahnıları tanımış ifaçılar səsləndirəcəklər. Müslüm Maqomayev musiqi tarixində bənzəri olmayan unudulmaz sənətkardır. Onun mahnıları hər zaman gənc istedadlar tərəfindən ifa olunaraq əbədi yaşayacaq.

Kult.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında tanınmış müğənni, xalq artisti Emin Ağalarov Müslüm Maqomayevin anım mərasimində bildirib.

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürünüzü bildiririk ki, sənətkarı hər zaman böyük hörmət və ehtiramla yad edərək unudulmağa qoymurlar. Müslüm Maqomayev elə bir böyük sənətkar və şəxsiyyət olub ki, onun musiqi tarixində varlığı, eləcə də əvəzolunmaz yaradıcılığı əsrlər boyu bir çox musiqiçilərə, yaradıcı insanlara örnək olaraq, həmçinin bu sənətdə çoxlarına düzgün yol göstərəcək”, - deyə E.Ağalarov qeyd edib.

Tarix
2022.08.17 / 17:37
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla