Yuxarı

Təmsilçilərimiz bu gün səhnəyə çıxacaq

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təmsilçilərimiz bu gün səhnəyə çıxacaq

Bu gün Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Liverpul şəhərində “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

Kult.az xəbər verir ki, müsabiqədə ölkəmizi Tural və Turan əkiz qardaşları – TuralTuranX “Tell me more” mahnısı ilə təmsil edir.

Azərbaycan təmsilçiləri 1-ci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxacaq. Azərbaycanla yanaşı birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç və İsveçrə təmsilçiləri də yer alıb.

Müsabiqənin ikinci yarımfinalı mayın 11-də, finalı isə mayın 13-də keçiriləcək.

Bu il 67-ci dəfə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsində 37 ölkə təmsil olunur.

Qeyd edək ki, “Avroviziya 2023” mahnı müsabiqəsi üçün ürəklərin birlikdə döyünməsini əks etdirən loqo və "United by Music" (Musiqi ilə birləşənlər) adlı rəsmi şüar da təsdiqlənib. Belə ki, 2022-ci ildə müsabiqədə Ukraynanın “Kalush Orchestra” qrupu birinci olsa da, bu ölkə müharibə səbəbindən müsabiqəni qəbul edə bilməyib. Nəticədə ikinci yeri tutan Böyük Britaniya “Avroviziya” müsabiqəsini keçirmək hüququ əldə edib. Bu səbəbdən də hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda istifadə edilib.

Müsabiqənin əsasını qoyan ölkələr – Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İspaniya, həmçinin ötən ilin qalibi kimi Ukrayna avtomatik olaraq finalda iştirak edəcək.

Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.

Xatırladaq ki, İctimai TV “Avroviziya” mahnı müsabiqəsini Avropa Yayım Birliyinə üzv qəbul edildiyi 2007-ci ildən bəri hər il yayımlayır. Azərbaycan 2008-ci ildə ilk dəfə qitə miqyaslı müsabiqəyə qatılıb, 2011-ci ildə isə müsabiqənin qalibi olub. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə Avropanın bütün dövlətlərini arxada qoyub və yarışmanı “Odlar Yurdu”na gətirib.

Tarix
2023.05.09 / 12:26
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla