Yuxarı

Türkiyə XİN-dən Kiprdəki seçkilərlə bağlı - Bəyanat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə XİN-dən Kiprdəki seçkilərlə bağlı - Bəyanat

Türkiyə Xarici İşlər Nazirliyi Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkilərinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, rəsmi Ankara ilkin nəticələrə görə ŞKTC rrezidenti seçilən Tufan Ərhürmanı təbrik edib.

"Kiprli türklərin azad və suveren iradəsini, ŞKTC-dəki dövlət ənənəsini və demokratiya mədəniyyətini əks etdirən bu seçkilərin kiprli türklər və bütün ada üçün xeyirli olmasını arzu edirik.

Türkiyə tarixi, hüquqi və humanitar məsuliyyətləri çərçivəsində, adanın reallıqlarına uyğun şəkildə kiprli türklərin əmin-amanlığı, rifahı və inkişafı üçün göstərilən səylərə töhfə verməyə davam edəcək” - XİN-in bəyanatında vurğulanıb.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) oktyabrın 19-da keçirilən prezident seçkilərində, ilkin nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Ərhürman qələbə qazanıb.

Tarix
2025.10.19 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla