Yuxarı

Şimali Kiprdə prezident seçkisi: Tufan Ərhürman qalib gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şimali Kiprdə prezident seçkisi: Tufan Ərhürman qalib gəldi

12:06

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkisi keçirilir.

Axar.az xəbər verir ki, səsvermə saat 8:00-da başlayıb və 18:00-dək davam edəcək.

Seçki ilə əlaqədar ölkə üzrə ümumilikdə 777 seçki məntəqəsi yaradılıb. Namizədlər prezident seçilmək üçün birinci turda 50% +1% səs toplamalıdır. Namizədlərdən hansısa bu səs çoxluğunu əldə edə bilməsə, ölkədə yeddi gün ərzində ikinci tur keçiriləcək.

Beşi müstəqil olmaqla, seçkidə yeddi namizəd iştirak edir. Hazırkı prezident Ərsin Tatar bu dəfə seçkilərə müstəqil namizəd kimi qatılıb.

***

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkilərində səsvermə prosesi başa çatıb.

Artıq səslərin 48,19 faizi hesablanıb. Məlumata görə, ən çox səsi Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Ərhürman alıb. O, səslərin 63,38 faizini qazanıb. Müstəqil namizəd və hazırkı prezident Ərsin Tatar isə 35,27 faiz səs toplayıb.

***

Prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Ərhürman qələbə qazanıb.

Bu barədə ŞKTC Ali Seçki Şurasının sədri Bertan Özərdağ məlumat verib.

O qeyd edib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Ərhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ərsin Tatar isə 35,77 (48 208) faizini toplayıb.

Öz növbəsində, T.Ərhürman mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib. O bildirib ki, ölkənin xarici siyasəti rəsmi Ankara ilə məsləhətləşmələr formasında yürüdüləcək:

"Kimsənin bundan şübhəsi olmasın".

Tarix
2025.10.19 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla