Yuxarı

Kostindən şok: “Putinin nə maşını var, nə pulu…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putinin nə maşını var, nə də pulu.

Axar.az xəbər verir ki, bunu Rusiyanın ikinci böyük bankı olan VTB-yə rəhbərlik edən Andrey Kostin "Faynənşl Tayms" qəzetinə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti özünü sadə həyat yaşamağa "məhkum" edib.

"Rusiya dövlət başçısının gizli var-dövlətini tapmağa çalışanların cəhdləri əbəsdir. Siz Putini belə şeylərlə ilişdirə bilməzsiniz. Onun nə maşını, nə də pulu var. Siz elə bilirsiniz ki, o vəzifədən getdikdən sonra Monakoda 200 metrlik yaxtasını tapacaqsınız? O, özünü ömrünün sonuna kimi sadə həyat yaşamağa məhkum edib, buna səbəb də onu bütün dünyanın tanımasıdır. Putinin hesablarını tapmağa cəhd edən insanlar ömürlərinin yerdə qalanını da axtarışlarda keçirə bilərlər, ancaq onlar heç zaman heç nə tapmayacaqlar".

Xatırladaq ki, bu ilin martında Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (İCİJ), Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Təhqiqatları Layihəsi (OCCRP), eləcə də bir sıra nüfuzlu beynəlxalq nəşrlər Vladimir Putinin yaxın çevrəsi ilə bağlı araşdırmalarını yayıblar.

Təhqiqatlar "Panama arxivi" adı altında tanınan məxfi sənədlərə əsaslanır. Həmin sənədlərdə dünyanın 12 liderinin, yüzlərlə məmurun, tanınmış şəxslərin ofşor şirkətləri haqqında məlumatlar açıqlanıb. Bu zaman Putinin yaxın ətrafına dair böyük material da hazırlanıb. Araşdırmaya görə, onun dostlarından biri - violonçelçi Sergey Rolduqin bir neçə ofşorla bağlıdır və milyardlarla dollarlıq müqavilələr məhz onun vasitəsilə bağlanıb. Eləcə də, Rusiyanın bir neçə başlıca şirkətinin aksiyalarının onun nəzarətində olduğu bildirilir.

Müxtəlif jurnalist təşkilatları, xarici nəşrlər Putinin və onun qızlarının sərvəti ilə bağlı müxtəlif rəqəmlər səsləndirir. Onun milyardlara sahib olması haqda iddialar var.

Tarix
2016.08.27 / 17:49
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla