Yuxarı

Yıldırım Abadini məhv etdi: “Tədbir görəcəyik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən çox əziyyət çəkən ölkə olan Türkiyənin məsələyə müdaxiləsindən narahat olurlar.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım İstanbul Texniki Universitetində yeni tədris ilinin başlanması münasibəti ilə təşkil olunan mərasimdə çıxış edərkən deyib. Yıldırımın sözlərinə görə, Suriya və İraqdakı xaos ən çox Türkiyəyə təsir edir:

"Bölgəyə fiziki və könül bağı olmayan ölkələr burda istədiklərini edir, region ölkələrinin səsi çıxmır. Ancaq proseslərdən ən çox əziyyət çəkən ölkə olan Türkiyə məsələyə müdaxilə edəndə narahat olurlar. Bunu deyənlər əvvəlcə öz ölkələrinə sahib çıxmağı bacarmalıdırlar. Öncə siz vətəndaşlarınıza sahib çıxın, yox olmanın qarşısını alın, dövlət olmağı öyrənin, sonra Türkiyəni tənqid edərsiniz. Orada fəaliyyət göstərən terrorçu təşkilatları qorumağa davam etsəniz, Türkiyə də hüdudlarını qorumaq üçün hər cür tədbir görəcək".

Xatırladaq ki, İraqın Baş naziri Heydər Abadi Türkiyə ordusunun Mosul əməliyyatında iştirakına imkan verməyəcəklərini açıqlayıb. O, Başikadakı türk qüvvələrinə "yerindən tərpənməməyi" məsləhət görüb.

Tarix
2016.10.10 / 14:22
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla