ÇL: Bu gün daha 9 oyun var
09:15
| Ana səhifə Planet |
|
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski ilə birbaşa danışıqlar aparmağı təklif edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.
Nəşr qeyd edir ki, bu, atəşkəsə nail olmaq üçün növbəti cəhd olacaq.
“Uitkoff Rusiya rəhbərliyi ilə görüşəcək, həmin görüşdə səsləndirilən fikirləri, eləcə də Avropa və ABŞ-dan olan həmkarlarının hazırladığı təklifləri müzakirə edəcək. Ola bilsin ki, bu, liderlər səviyyəsində görüşün keçirilməsi üçün zəmin yaratsın”, - bu sözləri isə Norveçin Baş naziri Yonas Qar Störe bildirib.
|
Tarix
2026.10.21 / 08:30
|
Müəllif
Axar.az
|