Hörmüzdə daha bir tanker minaya düşdü
01:40
| Ana səhifə Planet |
|
Hörmüz boğazının şərq hissəsində dəniz minasına düşən tanker yanıb.
Axar.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, tankerin naviqasiya sistemləri sıradan çıxıb və gəmi boğazın qadağan olunmuş zonasında olub. Ekipajın vəziyyəti və mümkün ekoloji ziyan barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan öncə Hörmüzün cənubunda iki tankerin minaya düşməsi nəticəsində yandığı bildirilmişdi.
|
Tarix
2026.11.16 / 01:40
|
Müəllif
Axar.az
|