Yuxarı

Gürcüstanda hökumətin tərkibi təsdiqləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hökumətinin yeni tərkibi bu gün baş tutan növbəti parlament iclasında təsdiq olunub. Gürcüstanın baş naziri vəzifəsinə Giorgi Kvirikaşvilinin təyinatı təsdiqlənib. Dimitri Kumsişvili maliyyə naziri, həm də baş nazirin birinci müavini, Kaxa Kaladze energetika naziri və baş nazirin müavini vəzifəsinə təyin edilib.

Yeni hökumətin tərkibinə 3 yeni nazirin namizədliyi irəli sürülüb və həmin namizədlər bu gün deputatlar tərəfindən təsdiq olunublar. APA-nın məlumatına görə, yeni tərkibin təsdiqinə 110 nəfər “lehinə”, 19 nəfər “əleyhinə” səs verib.

Qeyd edək ki, Nodar Xaduri maliyyə naziri, İlya Eloşvili energetika naziri və Dimitri Kumsişvili iqtisadiyyat naziri vəzifəsindən azad edilib. Diaspora Məsələləri üzrə Nazirlik isə Gürcüstanın XİN tərkibinə qatılıb. Avropa və Avro-Atlantik məkana inteqrasiya məsələləri üzrə Dövlət naziri David Bakradze isə Gürcüstanın ABŞ-dakı səfiri vəzifəsinə təyin olunub.

Dimitri Kumsişvili - maliyyə naziri, baş nazirin birinci müavini,

Kaxa Kaladze - energetika naziri, baş nazirin müavini,

Qiorqi Qaxaria - iqtisadiyyat naziri,

Zurab Alavidze - regional inkişaf və infrastruktur naziri,

Viktor Dolidze - Avropa və Avro-Atlantik məkana inteqrasiya məsələləri üzrə Dövlət naziri vəzifəsinə təyin olunub.

Digər nazirlər öz vəzifələrində qalıblar.

Tarix
2016.11.27 / 01:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla