Yuxarı

İraqdan Trampa etiraz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın müsəlman ölkələrin vətəndaşlarını ABŞ-a buraxmamaq barədə qərarına İraqdan cavab gəlib.

Axar.az xəbər verir ki, İraqın Xarici İşlər naziri İbrahim Cəfəri ABŞ-ın Bağdaddakı səfiri ilə görüşərək narahatlığını dilə gətirib.

Ayrıca, İraq parlamentinin Xarici Əlaqələr Komitəsi ABŞ-a tutarlı cavab vermək üçün hökumətə çağırış edib. “Tayms” nəşrinin məlumatına görə, parlament ABŞ vətəndaşlarının İraqa girişini əngəlləyən qanun layihəsini müzakirəyə çıxara bilər.

Qəzet belə bir qərarın İraqda çalışan minlərlə ABŞ vətəndaşını və 2003-cü ildə işğal zamanı bu ölkəyə yeridilən 5 min nəfərlik ABŞ ordusunu çətin vəziyyətdə qoyacağını xatırladıb.

Trampın qərarına ən sərt cavab verən şəxslərdən biri də İraq şiələrinin lideri Müqtəda əs-Sədr olub. O, verdiyi yazılı açıqlamada amerikalılardan ölkəni tərk etmələrini tələb edib:

“İraq və digər ölkələrə sərbəst daxil olursunuz, amma onların ABŞ-a getməsini qadağan edirsiniz. Öncə amerikalılar İraqı tərk etməlidir”.

Tarix
2017.01.30 / 13:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla