Yuxarı

ABŞ-ın bir nömrəli hədəfi bu ölkədir – Politoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika İranı həm Suriyadan, həm də İraqdan tamamilə çıxarmaq niyyətindədir və bunu İŞİD əməliyyatlarının tərkib hissəsi kimi görür.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq İŞİD məsələsində ABŞ və Rusiyanın dil tapmasını vacib sayır:

“Tramp İŞİD-in kökünü bir aya kəsəcəyini bəyan etsə də, əməliyyatların yalnız Amerika əsgərinin gücü ilə həyata keçirilməsi kifayət qədər risklidir. Çünki burada hava əməliyyatları əsas yeri tutacaq. Trampın Putinlə telefon danışığına baxmayaraq, Rusiya Suriya məsələsində heç kimə güzəştə getmək istəmir. Moskva Suriyanı öz vassalı kimi qəbul edir, hətta Suriyanın konstitusiyasını da Rusiya yazıb. Belə fikirlər səsləndirilir ki, Əsəd bu konstitusiyaya öz etirazını bildirib və bu səbəbdən də müəyyən psixoloji sarsıntılar keçirir”.

Politoloqun sözlərinə görə, Suriya məsələsində Amerikanın hədəfindəki əsas dövlətlərdən biri İrandır:

“Amerika İranı həm Suriyadan, həm də İraqdan tamamilə çıxarmaq niyyətindədir və bunu İŞİD əməliyyatlarının tərkib hissəsi kimi görür. Çünki İran artıq şiələr vasitəsilə İraq hökumətinə öz iradəsini diktə edə bilib, Əsədi öz təsiri altına salıb və Suriyada da xeyli qoşun və texnikası var. Amerika bütün bu məsələləri tamamilə qeyri-məqbul sayır və belə hesab edir ki, İran artıq Aralıq dənizinə çıxmaq kimi böyük geostrateji imkanlara yiyələnib”.

Q.Hüseynli bildirib ki, Amerika İranı məhz bu imkanlardan məhrum etməyi hazırda bir nömrəli vəzifə kimi qarşısına qoyub:

“Suriya məsələsinin həll edildiyinə dair illüziyalar yarandığı zamanda, Astana sammitindən bir neçə gün keçməmiş və qarşıda gəzlənilən Cenevrə görüşü ərəfəsində Suriyada hadisələr yenidən qızışa və bu, çox böyük qarşıdurmalara gətirib çıxara bilər”.

Tarix
2017.01.31 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla