Yuxarı

Balkanlar qızışır: müsəlman-xristian toqquşması

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniya Prezidenti Georgi İvanov müxalifət lideri Zoran Zayevə hökuməti formalaşdırmağa izn verməyib.

Axar.az “Faynənşl Tayms” qəzetinə istinadən xəbər verir ki, İvanov Zayevi Qərbin dəstəyi ilə alban planını həyata keçirməkdə ittiham edib. Zayevin fikrincə, bu plan dövləti məhv edə bilər.

Zayevin isə İvanova cavabı sərt olub. Prezidenti dövlət çevrilişi etməkdə günahlandıran müxalifət lideri hökumət rəhbəri olacağı təqdirdə alban dilinin statusunu artıracağını və onu dövlətin ikinci rəsmi dili elan edəcəyini bildirib.

Avropa Birliyinin baş diplomatı Federika Moqerini də artıq İvanovu tənqid edib. Dünən Skopyeyə gələn Moqerini prezidentin addımının demokratiyanın ruhuna zidd olduğunu bildirib:

“Liderlər məsuliyyətsiz davranışlardan və etnik konfliktlərin qızışdırılmasından qaçmalıdır. Bu siyasi böhranın geosiyasi konflikt səviyyəsinə qədər böyüməsinə imkan vermək olmaz”.

Qeyd edək ki, Makedoniyanın AB-yə üzv olmasına əsas maneə ölkədəki etnik gərginlikdir. Üstəlik, bu bölgə uğrunda Rusiya və AB arasında mübarizə gedir. Moskva Makedoniyanın tam olaraq AB-yə daxil olmasını istəmir və bunu özü üçün təhdid sayır.

Tarix
2017.03.03 / 15:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla