Yuxarı

Rusiya Koreya ilə vizasız rejimə keçir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Koreya ilə vizasız rejimə keçir

Vizasiz rejimin həyata keçməsi üçün Rusiya və Cənubi Koreya arasında bu gün iki prezidentin görüşü zamanı müqavilə imzalanacaq, lakin qüvvəyə minməsi yeni ildən sonra gözlənilir.

Prezident Putin Cənubi Koreyada rəsmi səfərdədir. Əsas məsələ iki ölkə arasında vizanın qaldırılması haqda müqavilənin imzalanması olsa da, ölkə başçıları aktual beynəlxalq və regional məsələləri, nüvə problemini də müzakirə etməyi düşünür.

Məsələni Rusiyanın "Ria Novosti" agentliyinə danışan Koreyanın Vladivostokdaki konsulu Kim İl Hvan bildirib ki, yeni sistemin tam tətbiqi üçün bir az zaman tələb olunacaq. Müqaviləyə əsasən hər iki ölkənin vətəndaşları digər ölkədə 60 gün ərzində vizasız hərəkət edə bilər. 180 gün ərzində isə digər ölkədə olmaq 90 günü aşmamalıdır.

Kim İl Hvanın dediyinə görə, müqavilədə hər iki ölkənin ehtiyac olarsa, girişə qadağa qoyması və ya ölkədə qalma müddətini azaltması sərbəstdir.

Tarix
2013.11.13 / 09:43
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla