Yuxarı

Terrorla mübarizədə yeni təklif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmiyyətin ən böyük bəlası olan terrorla mübarizədə Skayp və ya Vatsap kimi messencer xidmətlərinə nəzarət üçün polisin səlahiyyətləri gücləndirilməlidir.

Axar.az xəbər verir ki, bu fikri Avstriya Konstitusiyanın Mühafizəsi və Terrorla Mübarizə Federal İdarəsinin direktoru Peter Qridlinq Böyük Britaniyanın Mançester şəhərində törədilmiş terror aktı və digər Avropa ölkələrində mümkün terror təhlükəsini şərh edərkən bildirib.

Avstriya Teleradiosuna (ORF) verdiyi müsahibədə P.Qridlinq qeyd edib ki, hazırda ümumi kommunikasiyanın təxminən 80 faizinin bu xidmətlər vasitəsilə həyata keçirildiyini nəzərə aldıqda, hüquq-mühafizə orqanlarının müvafiq fəaliyyətində doldurulması mümkün olmayan boşluqlar yaranıb. Ənənəvi telefon danışıqları yerinə müasir texnoloji imkanlardan istifadə edən terrorçularla mübarizədə hüquq-mühafizə orqanlarına qanunla əlavə səlahiyyətlər verilməlidir. O, həmçinin “ağıllı” nəzarət sistemlərinin tətbiqinin genişləndirilməsini tələb edib, şifrələnmiş videotelefon və messencer proqramlarına polis nəzarətini asanlaşdırmaq və ictimai yerlərdə aparılan videoçekilişlərin arxivdə saxlanma müddətini uzatmaq üçün qanunvericilikdə dəyişiklik aparılmasını vacib addımlar sırasına daxil edib.

Avstriyada konkret şübhədoğurucu məqamların olmadığını diqqətə çatdıran P.Qridlinq deyib ki, ölkədə 300-dən artıq keçmiş “cihadçı”nın yaşaması daimi təhlükə potensialının mövcud olduğunu göstərir: “300 insanı bütün sutka ərzində mütəmadi şəkildə müşahidə altında saxlamağın mümkünlüyünə inanmaq sadəcə illüziyadır”. Mançester hadisəsinə işarə edən direktor qeyd edib ki, əgər bu qrup insanlarla bağlı prioritetlər tətbiq olunmasa, qeyri-fəal təbəqəyə aid şəxslərin müəyyən situasiyalarda ən fəal fiqura çevrilməsi baş verəcək.

Tarix
2017.05.28 / 10:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla