Yuxarı

Xamenei: “Səudiyyənin başında ləyaqətsiz insanlar durur”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam cəmiyyətinin problemi Səudiyyə kimi bir sıra müsəlman icmalarında hakimiyyəti ləyaqətsiz insanların zəbt etməsi ilə əlaqədardır.

Report xəbər verir ki, bunu şənbə günü Tehranda müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar keçirilən təntənəli mərasimdə çıxışı zamanı İranın ali dini lideri Əli Xamenei deyib.

"Belə vəziyyət İslam dininin əsasları və Quranın müddəalarından uzaqdır. Bu insanlar milyonlarla tiraj Quran buraxırlar, amma əməlləri və hərəkətləri Quranın təlimatları ilə ziddiyyət təşkil edir. Onlar kafirlərlə dostluq edir, onlara vəsait verirlər, halbuki onu xalqın yaşayışının yaxşılaşdırılmasına yönəldə bilərdilər", - deyə İranın lideri bu yaxınlarda ABŞ və Səudiyyə Ərəbistanı arasında 110 milyard dollarlıq Amerika silahlarının alınmasına dair əldə edilən sövdələşməni nəzərdə tutaraq bildirib.

"Onlar düşünürlər ki, pul müqabilində düşmənin rəğbətini qazanmaq olar. Həqiqətdə isə heç bir rəğbət yoxdur. Amerikalılar özləri deyirlər ki, onlardan (səudiyyəlilərdən) südverən inək kimi istifadə edəcəklər və sonda kəsilməyə göndərəcəklər", - deyə İran lideri bildirib.

Tarix
2017.05.28 / 11:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla