Yuxarı

Şimali Koreyaya qarşı sanksiyalar hazırlanır - Gərginlik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən keçirilən ballistik raket sınaqları ilə əlaqədar öz sanksiyalar paketini hazırlayır.

Axar.az xəbər verir ki, NHK telekanalının yaydığı məlumata görə, Yaponiya BMT Təhlükəsizlik Şurası tərəfindən yeni sanksiyaların qəbulu zamanı Rusiya və Çinin də dəstəyinə ümid edir. Lakin bu iki ölkənin Pxenyan ilə dialoqa üstünlük verməsi səbəbindən Tokio Şimali Koreyaya qarşı öz sanksiyalarını tətbiq etmək qərarına gəlib.

Yaponiya tərəfdən Şimali Koreyaya qarşı hazırda tətbiq edilən sanksiyalara əsaəsn iki ölkə arasında bərə əlaqəsi dayandırılıb, bu ölkənin gəmilərinin Yaponiya limanlarına daxil olmasına qadağa qoyulub, bütün növ idxal və ixrac kəsilib. Yeni sanksiyaların tətbiqi isə qeyri-qanuni ixracın tamimlə dayandırılmasını nəzərdə tutur.

Xüsusilə, kütləvi qırğın silahlarının hazırlanması üçün nəzrdə tutulan detalların Şimali Koreyaya qeyri-qanuni ixracının qəti şəkildə qarşısının alınması, gəmilərdə əvvəllər nəzərdə tutulan yoxlama sisteminə əsasən tətbiq edilən siyahıya əlavə qurğu və detalların daxil edilməsi də planlaşdırılır.

Tarix
2017.05.28 / 13:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla