Yuxarı

Rusiyanın buna cürəti çatmaz - Rasmussen

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Avropa və Şimali Amerika ölkələrinə hücum etməyə cəsarəti çatmaz.

Axar.az xəbər verir ki, bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

Rasmussenin sözlərinə görə, alyans ölkələrindən istənilən birinə hücum edəcəyi təqdirdə Rusiya qırmızı xətti keçəcək. Bu isə NATO ölkələrini istəməsələr belə cavab tədbirləri görməyə vadar edəcək.

“Qərb-2017” təlimlərinə Rusiyanın elan etdiyindən çox daha artıq hərbi kontingent cəlb olunub. Bizim ən böyük narahatçılığımız təlimlər başa çatdıqdan sonra Rusiyanın bölgədə nə qədər hərbi texnika və əsgərini Belarusda saxlamasıdır. Bu, həm Belarusa, həm də NATO və Finlandiya ilə sərhədlərə aiddir”, - Rasmussen deyib.

Rasmussen həmçinin NATO-nun Baltikyanı ölkələrə və Polşaya artıq qoşun yerləşdirdiyini bildirib:

“Bu o deməkdir ki, əgər Rusiya hücum edərsə, təkcə Estoniya, Latviya, Litva ordusu ilə deyil, eyni zamanda Almaniya, İngiltərə və ABŞ ordusu ilə üz-üzə gəlməyə məcbur olacaq. Başqa sözlə çoxmillətli ordu ilə üzləşəcək. Əlbəttə ki, Rusiya bütün bu Avropa və Şimali Amerika ölkələrinə hücum etməyə cəsarət edə bilməz”.

Eks baş katib eyni zamanda Rusiyanın “Qərb-2017” təlimləri vasitəsi ilə Avropa ölkələrinə mesaj verdiyini, neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq hələ də qüdrətli və güclü bir ölkə olduğunu göstərmək istədiyini söyləyib

Tarix
2017.09.20 / 16:29
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla