Yuxarı

ABŞ “Kürdüstan”a səfir də təyin edib... – Gizli görüş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərkükdə referendum öncəsi keçirilən gizli görüşlərdə iştirak edən şəxslərdən biri olan Peter Qalbrayt ABŞ-ın müstəqil Kürdüstana təyin etdiyi ilk səfir olaraq göstərilir.

Axar.az xəbər verir ki, bu barədə “Milliyet” qəzetinin yazarı Özay Şendir yazıb.

Müəllifin iddiasına görə, müstəqil Kürdüstan planının memarları referendumdan bir neçə gün əvvəl Kərkükdə görüşüblər. Məsud Bərzaninin müşaviri Hoşyar Zəbarinin evində təşkil olunan gizli görüşün iştirakçılarından biri olan Peter Qalbrayt bir çox rəsmi dairələrdə ABŞ-ın Kürdüstan səfiri olaraq adlandırılır.

Peter Qalbrayt eyni zamanda ABŞ-ın Xorvatiyada fəaliyyət göstərən ilk səfiri olub. Bundan əlavə, Qalbrayt Norveç dövlətini Şimali İraqda neft axtarmağa razı salan şəxs olaraq tanınır. Qeyri-rəsmi səfirin PKK terrorçularının lideri Öcalanla İtaliyada gizləndiyi illərdə MKİ-nin icazəsi ilə görüşən iki nəfərdən biri olduğu bildirilir. O, 2007-ci ildə yazdığı “İraqın sonu” adlı kitabla kürdlərin müstəqilliyini müdafiə edib. İyulda Konqresdə keçirilən “Kürdüstan ABŞ-ın strateji müttəfiqi” konfransının əsas mühazirəçilərindən olub.

Qeyd edək ki, ABŞ hökuməti referenduma qarşı olduğunu açıqlasa da, Qalbrayt ölkəsinin bu mövqeyini dəyişəcəyini bildirib.

Tarix
2017.09.25 / 17:04
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar

Problem var: 4 obyekt Azərbaycana keçir - Video

Prezidentlər Şuşaya getdilər - Foto

Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov

Fransa üzr istəməyəcəyi təqdirdə... - Hacızadə

Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: Kirantsda görüş başladı

Belarusdan nə alırıq və bu ölkəyə nə satırıq?

Qafarova ilə Simonyan görüşdü

Lukaşenko Füzuliyə getdi, Əliyev şəxsən qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla