Yuxarı

15 iyul çevriliş cəhdi, media və demokratiya – Tədbir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Rizə şəhərində Beynəlxalq Qaradəniz Mədəniyyət, Turizm və Media konfransı keçirilir.

Axar.az xəbər verir ki, Türkiyənin millət vəkillərinin, AKP sədr müavininin, Rizə valisinin, dünyanın müxtəlif ölkələrindən Rizəyə qonaq gələn jurnalistlərin iştirakı ilə keçirilən konfrans iki gün davam edəcək.

Tədbirdəki çıxışlar üç ana mövzu – 15 iyul çevriliş cəhdi, media və demokratiya, Şərq mediası və mətbuat azadlığı, dünya gündəmində Türkiyə – üzərində aparılır.

Tədbiri Çay TV Rizə televiziyasının rəhbəri, Qaradəniz Xəbər Agentliyinin sahibi Həsən Yavuz Bakır öz nitqi ilə açıq elan edib. O, bugünki tədbirə 21 müxtəlif ölkədən 41 qonağın gəldiyini, bu tədbirin Türkiyə bölgələrinin dünyada tanınması üçün əhəmiyyətli rol oynayacağını açıqlayıb.

Tədbiri davam etdirən Anadolu Yayınlar Dərnəyinin rəhbəri Sinan Çətin medianın hər zaman sivil siyasətin, milli iradənin yanında olduğunu açıqlayıb.

Bundan sonra Rizənin keçmiş millət vəkili, türkiyəli iş adamı Əli Bayramoğlu qonaqları salamlayıb:

“Türkiyədə baş verən son hadisələrdən sonra ölkəmizin dünyada düzgün tanıdılmasına ehtiyac var. Bu istiqamətdə media hər zaman bizim yanımızda olub. Türkiyənin inkişaf edən iqtisadiyyatı, meqapolisə çevrilən şəhərləri, çiçəklənən turizmi hər zaman diqqət mərkəzində olub. Bu istiqamətdə biz ölkəmizin düzgün tanıdılması üçün əlindən gələni əsirgəməyən yerli və əcnəbi jurnalistlərə öz dərin minnətdarlığımızı bildiririk”.

AKP-nin sədr müavini Hayati Yazıçı da öz nitqi zamanı qonaqları salamlayıb:

“Bu gün keçirilən bu tədbir olduqca mühüm əhəmiyyət kəsb edir. Mədəniyyət, turizm və media bir-biri ilə sıx bağlı olan sahələrdir. Onların fəaliyyət istiqamətlərinin bir-birinə yaxınlaşdırılması və birgə fəaliyyətinin təmini olduqca vacibdir.

15 iyul tarixində Türkiyə çox qəddar bir çevriliş cəhdi ilə üz-üzə qaldı. Millətin iradəsini ortadan qaldırmaq məqsədilə edilən bu çirkin əməlin qarşısının alınmasında medianın əvəzolunmaz rolu oldu. Məhz bu gün türk mediası bir yumruq kimi birləşərək xainlərin məğlub olmasına köməklik göstərdi. Medianın yerinə yetirdiyi bu şərəfli əməl alqışa layiqdir”.

Xatırladaq ki, sözügedən tədbirin ikinci hissəsi sabah keçiriləcək.

Tarix
2017.10.21 / 17:46
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla