Yuxarı

Qonşumuzda 4 nazirlik ləğv edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Ətraf Mühitin Mühafizəsi Nazirliyinin tərkibindəki Təbii Resurslar İdarəsi və Energetika Nazirliyi Gürcüstan İqtisadiyyat Nazirliyinin tərkibinə verilib.

Axar.az xəbər verir ki, yeni nazirliyə Maliyyə naziri Dmitri Kumsişvilinin rəhbərlik edəcəyi bildirilib. Hazırkı İqtisadiyyat naziri Georgi Qaxariya isə Daxili İşlər naziri təyin olunub. Onun həmçinin baş nazirin müavini vəzifəsini icra edəcəyi vurğulanıb.

Fövqəladə Vəziyyətlərin İdarəsi Agentliyi, eləcə də Təhlükəsizlik və Böhranların İdarəedilməsi Şurasının yerində Fövqəladə Situasiyaların İdarəsi Mərkəzi yaradılacaq ki, ona da keçmiş daxili işlər naziri Georgi Mqebrişvilinin rəhbərlik edəcəyi gözlənilir. Maliyyə naziri vəzifəsinə isə Gürcüstan Dəmiryollarının rəhbəri Mamuka Baxtadze təyin olunacaq.

Mədəniyyət Nazirliyinin tərkibində yer alan Gənclərlə İş üzrə İdarə isə Təhsil Nazirliyinə veriləcək. Təhsil naziri vəzifəsini Tiflis Dövlət Universitetinin prorektoru Mixeil Çxenkeli tutacaq. Mədəniyyət Nazirliyə isə ləğv edilmiş İdman və Gənclər Nazirliyinin idmanla bağlı hissəsi veriləcək və ona əvvəlki kimi Mixail Qiorqadze rəhbərlik edəcək.

Ətraf Mühitin Mühafizəsi Nazirliyi, ümumiyyətlə, tam ləğv ediləcək və Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə veriləcək. Ona Levan Davitaşvili rəhbərlik edəcək.

Avrointeqrasiya İşləri üzrə Dövlət Nazirliyi isə Gürcüstan Xarici İşlər Nazirliyinə birləşdiriləcək. Bu qurumun da rəhbəri hazırkı nazir Mixail Canalidze olacaq.

Tarix
2017.11.13 / 12:08
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla