Yuxarı

Qondarma rejimdə şok: Bütün prokurorlar həbs edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Luqansk Daxili İşlər Nazirliyi Baş Prokurorluğun bütün yüksək vəzifəli əməkdaşlarını həbs edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Novaya qazeta” özünün etibarlı mənbələrinə istinadən yayıb.

Qəzet həbs olunan 20 nəfər arasında baş prokuror, hərbi prokuror və onların müavinlərinin olduğunu bildirib. Həbs edilənlər parlamentin binasına gətirilib. Prokurorların həbsi Daxili İşlər naziri İqor Kornetin separatçı rejimin lideri İqor Plotnitskiyə baş prokurorun ona verilməsini tələb etdikdən sonra gerçəkləşib.

Qeyd edək ki, ötən gün Luqanskda rəsmi binalar hərbçilər tərəfindən ələ keçirilib. Rusiya mətbuatı binaları ələ keçirən şəxslərin Daxili İşlər naziri İqor Kornetin adamları olduğunu iddia edib. Bundan sonra Plotnitski qondarma respublikadan qaçıb.

Tarix
2017.11.22 / 14:45
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla