Yuxarı

İspaniya separatizmə məğlub oldu – Puçdemon müraciət yaydı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.12.21. 14:48

Kataloniyada regional parlament seçkisi keçirilir.

Axar.az xəbər verir ki, artıq muxtariyyətdəki bütün seçki məntəqələri açılıb. Seçkidə 5,5 milyon insanın iştirakı nəzərdə tutulub.

İspaniya Daxili İşlər Nazirliyi bölgədə təhlükəsizliyin təminatı üçün Kataloniyaya 12 min polis, 3 min Vətəndaş Qvardiyası əməkdaşını cəlb edib.

Qeyd edək ki, müstəqillik referendumundan sonra İspaniya Kataloniya hökumətini istefaya göndərmişdi. Madrid bölgədə növbədənkənar parlament seçkisi keçirəcəyini bildirmişdi.

***

Kataloniyada seçki başa çatıb.

Saat 18:00-a olan məlumata görə, səsvermədə seçici fəallığı 68,32 faiz olub.

***

Kataloniyanın müstəqilliyinin tərəfdarı olan partiyalar regiondakı parlament seçkisində önə keçməyi bacarıblar.

Bu nəticə seçicilərin 52%-nin səsinin hesablanmasından sonra ortaya çıxıb. Belə ki, azadlıq tərəfdarları parlamentdə mütləq üstünlüyə sahib olacaq 135 mandatdan 70-ni qazanmağı bacarıblar.

Seçkidə müstəqillik tərəfdarlarından yenə də əsas üstünlüyü muxtariyyətin keçmiş baş naziri Karles Puçdemonun rəhbəri olduğu Kataloniya ilə Birlikdə Partiyası qazanıb. Partiya ümumi səslərin 22%-ni toplayıb. Bununla da o parlamentdə 34 mandat təmin etməyi bacarıb. İkinci yerdə Kataloniyanın Sol Respublikaçıları Partiyası qərarlaşıb. Kataloniya Baş nazirinin keçmiş müavini və hazırda həbsdə olan Oriol Junkerasın partiyası 21,5% səs toplayraq, 32 mandata sahiblənib.

Müstəqilliyin tərəfdarı olan başqa bir partiya Xalq Birliyinə Namizədlər 4 mandata yiyələniblər.

Ölkənin bütövlüyünün tərəfdarı olan Vətəndaşlar Partiyası ümumilikdə 1 milyon insanın səsini toplaya bilib. Bu partiya parlamentdə ən böyük üstünlüyə - 37 mandata sahib olsa da, müstəqillik tərəfdarı olan 3 partiyaya uduzub.

Seçkinin nəticələri ilə bağlı keçmiş Baş naziri Karles Puçdemon da xalqa müraciət edib:

“Seçkinin nəticələri Kataloniya respublikasının qələbəsidir. Respublika monarxiyaya qalib gəldi. İspaniya dövləti məğlub oldu. Regionun qanuni hökuməti bərpa olunmalıdır. Bu gecə biz səsimizi eşitdirmək haqqına sahib olduq. Katalonların böyük hissəsi müstəqillik referendumunu istəyir. Avropa gərək bunu anlasın”.

Tarix
2017.12.22 / 09:52
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İtaliya onu Azərbaycana səfir təyin etdi

Edqars Rinkeviçs Azərbaycana gələcək

Bakı-İrəvan arasında sülhün əldə olunması... - Mierinya

İlham Əliyev Dayqa Mierinanı qəbul etdi

Rusiya Ukraynanı atəşkəsə məcbur edəcək - Akyar

Azərbaycan Tayvanın müstəqilliyini tanımır

İranda səfirliyimizin açılacağı tarix bəlli oldu - Təcili

Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verdi

Rəisi dünən Ermənistana səfərdən imtina edib? - Rəsmi

Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla