Yuxarı

Türkiyədən dünyaya çağırış: Xocalı faciəsi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşəriyyətin adına qara ləkə olan bu cür təcavüzkar təşəbbüslərin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurasının, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının bu qətliama layiq olduğu qiyməti verməsi və gərəkən mövqeyi nümayiş etdirməsi lazımdır.

Axar.az xəbər verir ki, bu barədə TBMM-in Xarici İşlər Komissiyasının “Xocalı soyqırımı” barədə bəyanatında deyilib.

“Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın bundan tam 26 il əvvəl Xocalıda qarşılaşdıqları vəhşi hücumları və qətliamı hər zaman qəlbimizin ən dərinliyində hiss edir, bu ağrını ən səmimi hislərimizlə bölüşürük.

Ermənistanın törətdiyi bu qətliamı və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını şiddətlə qınayırıq”, - bəyanatda qeyd edilib.

Xocalı şahidlərinin hələ də həyatda olduğunun vurğulandığı bəyanatda Xocalıda baş verənlərin tarixi hadisə deyil, müasir dövrün dəhşətli həqiqəti olduğu bildirilib:

“Azərbaycanlı qardaşlarımızla bu haqlı davalarında həmrəy olduğumuzu ifadə etmək istəyirik. Bu yolla hadisənin günahkarlarının beynəlxalq hüquqa uyğun olaraq mühakimə edilməsi və Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarından dərhal geri çəkilməsi ilə bağlı çağırışımızı yeniləyirik. Xocalı qətliamında dünyasını dəyişən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik, kədərli ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı veririk”.

Tarix
2018.02.25 / 16:05
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla