Yuxarı

Hanı Skripal? Ümumiyyətlə, o zəhərlənibmi? – Rusiyadan şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Britaniyadakı səfirliyi bu ölkədə zəhərlənən Sergey Skripalla bağlı nota alıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko məlumat yayıb. Səfir bildirib ki, onlara Skripal və qızının kritik vəziyyətdə olduğu barədə yenicə məlumat verilib.

“Ancaq biz bu məlumatı yetərli saya bilmərik. Britaniya hələ də bizdən tibbi nəticələri gozlədir, bizim xəstəxanaya girməyə icazəmiz yoxdur, həkimlərlə danışa bilmirik. Hətta Skripalın xəstəxana fotosu da yayılmayıb. Bəlkə, onlar ölüb, bəlkə sağdır, bəlkə, ümumiyyətlə, bu zəhərlənmə olayı baş verməyib, deyilənlər hamısı quramadır? Bizim inanmağımız üçün sözdən başqa heç nə təqdim etmirlər”, - səfir bildirib.

Yakovenko qeyd edib ki, London səfirliklə heç bir detalı bölüşmür:

“Tutaq ki, Sergey Skripal Britaniya vətəndaşıdır və onun sağlıq durumu ilə bağlı məlumat verməkdən imtina edirlər. Amma onun qızı Yuliya Rusiya vətəndaşıdır, axı. Onun haqqında bizə məlumat verməyə borcludurlar. Bu, beynəlxalq normalara ziddir. Biz Vyana Konvensiyasına əsasən, Rusiya vətəndaşının sağlıq durumu ilə bağlı bütün informasiyaları almaq hüququna malikik. Bundan niyə imtina edirlər?”

Qeyd edək ki, 5 martda Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızının Britaniyada zəhərlənməsindən sonra Britaniya-Rusiya münasibətləri kəskin pisləşib.

Tarix
2018.03.17 / 02:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla