Yuxarı

Savçenkodan yeni skandal: Ordu hərbi çevrilişə hazırdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbçiləri hərbi çevrilişdə iştirak etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu qalmaqallı sözləri Radanın millət vəkili Nadejda Savçenko deyib. Onun sözlərinə görə, Ukraynada lazım olduğundan da artıq hərbçilər var ki, mövcud hakimiyyətin devrilməsini istəyirlər.

Deputat deyib ki, USQ keçmiş prezident Viktor Yanukoviçə qarşı çıxmağa da hazır idi.

“Hərbçilər – iş adamlarıdır. Onlar az danışırlar, yalnız əmrləri icra edirlər, ancaq hədəfləri var”, - Savçenko “Strana.u.a” portalına açıqlamasında deyib.

Qeyd edək ki, Baş prokuror Yuri Lutsenko Savçenkonu Ali Radada terakt törətmək istəyində ittiham edib. Onun sözlərinə görə, millət vəkili minamyotla Ali Radanı vurmaq və avtomatla sağ qalanları öldürmək istəyib.

Millət vəkili bu ittihama cavab olaraq, baş prokurorun başının xarab olduğunu bildirib.

Milli Qəhrəman adı daşıyan Saçvenko radada komitə üzvlüyündən kənarlaşdırılıb.

Tarix
2018.03.18 / 00:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla