Yuxarı

Feysbuku çökdürən şirkətlə bağlı daha bir iddia: Razılaşma...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

50 milyon Feysbuk istifadəçisinin məlumatlarını qeyri-qanuni şəkildə istifadə edən Kembric Analitik Şirkətinin Britaniya Müdafiə Nazirliyi ilə razılaşdığı üzə çıxıb.

Axar.az xəbər verir ki, nazirliyin azı dörd dəfə sözügedən şirkətlə məlumatların analizi məsələsində işbirliyi qurduğu bildirilib. Məlumata görə, tərəflər arasında sonuncu dəfə bu ilin fevralında razılaşma imzalanıb.

Qeyd edək ki, Kembric Analitik Şirkəti tərəfindən 50 milyon Feysbuk istifadəçisinin məlumatları qeyri-qanuni şəkildə istifadə edilib. Firma Donald Trampın seçki kampaniyasını internet üzərindən aparıb. Eyni zamanda, britaniyalı Breksit tərəfdarı olan siyasətçilərə soydaşlarını Avropa Birliyindən çıxmaqda inandırmaq məsələsində dəstəkləyib. Feysbuk məlumatlı olsa da, iki il ərzində bu qanun pozuntusu haqqında qərar verməyib. Məlumatın mediada yayılmasından sonra Votsapın qurucusu Brayan Ekton Tvitterdə #Feysbukusil həştəqi ilə kampaniya başladıb. Elon Mask da kampaniyaya qoşularaq rəhbəri olduğu “SpeysX" və "Tesla" şirkətlərinin Feysbuk səhifələrini silib.

Tarix
2018.03.25 / 13:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla