Yuxarı

Sərkisyan Rusiyanı şantaj etməyə başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva ilə Bakı arasında silah müqavilələri, o cümlədən Qərbin sanksiyaları qarşısında kənd təsərrüfatı məhsullarının Azərbaycandan idxalının artırılacağı ilə bağlı rəsmi Kremlin münasibəti erməni politoloqlarını əməlli-başlı narahat edib.

Axar.az Tert.am-a istinadla xəbər verir ki, Erməni Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Manvel Sərkisyan Rusiyanın Azərbaycana silah satışı mövzusunda danışarkən, Moskvanı şantaj etməyi də unutmayıb:

"Əgər Rusiyanın Azərbaycana silah satışının qarşısını almaq mümkün deyilsə, onda Ermənistan başqa ölkələrlə əməkdaşlıq barədə düşünməlidir".

Qurum rəhbəri Rusiyanın Ermənistanı strateji portnyor adlandırdığı halda düşmən Azərbaycana silah satmasını anlamadığını bildirib.

Xatırladaq ki, bu gün Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşü də Ermənistanı ciddi şəkildə narahat edib. Onlar bu üç dövlətin hərbi birliyinin yaranma ehtimalının Qafqazda siyasi-hərbi vəziyyəti dəyişə biləcəyindən ehtiyatlanırlar.

Ötən gün Azərbaycanın yeni raket-zenit komplekslərini sınaqdan keçirməsi və şərti hədəfin dəqiqliklə məhv edilməsi görüntülərini yaymasını isə erməni politoloqlar Bakının Soçi görüşündən sonra Sərkisyan tərəfindən səslənən siyasi-hərbi ritorikasına verilən ciddi cavab kimi qiymətləndirdilər və Azərbaycanın bu cür silahlanmasında Rusiyaya yönəli ittihamların sırası genişləndi.

Tarix
2014.08.18 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla