Yuxarı

ABŞ-da 400 min kölə var - Şok hesabat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya miqyasında 40 milyon 300 min müasir kölə var və bunlardan 400 mindən çoxu ABŞ-da yaşayır.

Axar.az xəbər verir ki, bu barədə Azad Yürüş Fondunun (Walk Free Foundation) hesabatında deyilib.

Fondun beynəlxalq köləlik indeksinin təyin edildiyi hesabatında müasir qulların inkişaf etmiş dövlətlərdə daha çox yaşadığı qeyd olunub. Hesabatda “müasir köləlik” anlayışı insan alveri, məcburi əmək, borc əsarəti, zorla evləndirmə, cinsi istismar, uşaqların satılması və istismarı kimi təyin edilib.

Fondun məlumatına görə, ABŞ-da təxminən hər 800 nəfərdən biri müasir kölə olaraq yaşayır. 136 min kölənin yaşadığı Böyük Britaniyadan tutmuş, Avstraliya, Fransa və digər Avropa ölkələrində göstərici proqnozlaşdırılandan yüksək olub.

Hesabatda hər 10 nəfərdən birinin zorla çalışdırıldığı Şimali Koreyada 2 milyon 600 min müasir kölə yaşayır. Bu ölkəni nəticələrinə görə, Eritreya, Burundi, Mərkəzi Afrika Respublikası və Əfqanıstan izləyir. Hindistanda 2016-cı ildə 18 milyon 400 min olan bu rəqəmin 8 milyona qədər azaldığı qeyd olunur.

Tarix
2018.07.20 / 09:42
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla