Yuxarı

Xamenei: Regionda heç bir ölkə neft ixrac edə bilməyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər İranın neft ixracına maneələr olarsa, regionda heç bir ölkə neft ixrac edə bilməyəcək.

Axar.az “khamenei.ir” saytına istinadla xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei deyib.

O bildirib ki, ABŞ-ın islami quruluşun özü ilə fundamental problemləri var. Afrika, Asiya və ya Latın Amerikasında bir çox ölkənin ABŞ-la münasibətləri var və onlar hələ də bir çox problemlər yaşayırlar.

“Mən həmişə ABŞ hökumətinin sözlərinə və ya imzalarına etibar etməmək barədə israr edirəm, buna görə də ABŞ-la danışıqlar faydasızdır. Avropa ilə danışıqlar davam edə bilər, amma biz Avropa paketini gözləmək məcburiyyətində də deyilik. Prezidentin dediyi “İran neftinin ixracına maneələr olacağı təqdirdə, regionda heç bir ölkənin nefti ixrac olunmayacaq” sözləri İran sisteminin siyasətini və yanaşmasını əks etdirən vacib sözlərdir”, - deyə Ayətullah Xamenei qeyd edib.

Xatırladaq ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.

Ekspertlər hesab edir ki, sanksiyalar nəticəsində İranın neft ixracı hazırkı həcmin üçdəikisi səviyyəsində azalaraq gündəlik 700 min barrelə düşəcək.

Tarix
2018.07.21 / 19:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla